"The Amazing World of Gumball" sadəcə bir cizgi filmi deyil, əslində varoluşun absürdlüyünü və həyatın təsadüfiliyini ustalıqla təqdim edən fəlsəfi bir başyapıtdır. Filmin adının məhz "Gumball'ın Möhtəşəm Dünyası" olması təsadüfi deyil; bu, bizə göstərir ki, bu qəribə və sürreal hadisələr əslində Gumball’ın öz təxəyyülünün məhsuludur.
12 yaşlı bir uşağın darıxdırıcı və məntiqsiz dünya qarşısında təsəvvür gücünə sığınması, insanın absurd reallığa qarşı ən təbii müdafiə mexanizmlərindən biridir. Gumball və Darwin, həyatın mənasızlığı və qeyri-müəyyənliyi ilə mübarizə aparmaq üçün öz alternativ gerçəkliklərini qururlar. Burada Jean-Paul Sartre və Albert Camus kimi ekzistensialistlərin fikirləri ilə maraqlı bir paralellik var. Sartre’ın dediyi kimi, “insan, anlamı olmayan bir dünyada öz mənasını yaratmağa çalışan varlıqdır”.
Camus’nün məşhur Sisifos Söyləmində olduğu kimi, Gumball və Darwin də hər gün yenidən başlayan absurd hadisələr qarşısında öz varlıqlarını davam etdirmək üçün mənasızlığa qarşı bir növ üsyan edirlər. Camus’ya görə, insan ya absurdun ağırlığı altında çökər, ya da ona qarşı üsyan edərək yaşamağa davam edər. Gumball və Darwin isə sanki ikinci yolu seçirlər: Həyatın absurdluğuna qarşı öz dünyalarını yaradır və onu bir oyun meydanına çevirirlər.
Bu məqamda Sigmund Freud’un psixoanalitik nəzəriyyəsini də xatırlamaq yerinə düşər. Freud’a görə, insan psixikası daim bir tərəfdən gərçəklik prinsipi, digər tərəfdən isə həzz prinsipi arasında sıxışmış vəziyyətdədir. Gumball və Darwin üçün real dünya "sonsuz darıxdırıcı" və "anlamsız" olduğu üçün, onların təsəvvür etdiyi xaotik və absurd macəralar, reallıqdan qaçış deyil, əslində bir psixoloji balans qurma cəhdidir.
Eyni zamanda, bu cizgi filmində Jean Baudrillard’ın simulyasiya nəzəriyyəsi ilə də əlaqə qurmaq mümkündür. Əgər bütün hadisələr Gumball'ın təsəvvürünün məhsuludursa, biz burada hiper-reallığın içində olduğumuzu görə bilərik. Baudrillard’ın dediyi kimi, "simulyasiya reallığı əvəz etdikdə, həqiqət artıq mövcud olmur". Gumball’ın dünyasında da gerçəklik və fantaziya arasındakı sərhəd o qədər bulanıqdır ki, sonunda hansının həqiqi olduğunu ayırd etmək mümkünsüz hala gəlir.
Bütün bunları nəzərə alaraq, The Amazing World of Gumball təkcə əyləncəli bir animasiya deyil, eyni zamanda absürd həyat qarşısında insan psixologiyasının, təsəvvür gücünün və fəlsəfi düşüncənin bir təzahürüdür.
İslam təlimlərinə görə, insan varlıq aləminin mənasız və xaotik bir boşluq olduğunu qəbul etmək yerinə, onun bir məqsəd və qayə üzərində qurulduğunu dərk etməlidir. Quranda buyurulur:
“Biz göyləri, yeri və onların arasında olanları əbəs yerə yaratmadıq.” (Sad, 27)
Bu ayə, varlığın bir məqsədlə yaradıldığını və dünyanın anlamsız olmadığını vurğulayır. Gumball və Darwin kimi personajlar isə mənasızlıq hissinə qarşı öz subyektiv dünyalarını quraraq cavab verməyə çalışırlar. Halbuki İslamda həqiqi mənaya çatmaq üçün fərd öz nəfsinə və subyektiv təsəvvürlərinə deyil, Allahın varlıq haqqında bildirdiyi həqiqətlərə yönəlməlidir.
Əgər insan varlığın absurdlüyünü qəbul edib ona qarşı bir üsyanla yaşamaq istəyirsə, bu, sonda yorucu və mənasız bir dövrəyə çevriləcək. İslam isə insanı bu labirintdən çıxaran ilahi bir istiqamət təqdim edir. Sufilər bu həqiqəti həyatın əsl mənasının Rəbbin izzətində və Onu tanımaqda olduğunu vurğulayaraq izah ediblər. Nəticədə, insan təsadüfiliyin və absurdluğun qurbanı olmaq yerinə, həqiqi mənaya bağlanaraq rahatlıq tapa bilər.
Beləliklə, The Amazing World of Gumball bizə müasir insanın mənasızlıqla mübarizəsini göstərir. Amma İslam bu mübarizənin çarəsinin fərdin özündən gələn subyektiv mənalar yaratmaq olmadığını, əksinə, həqiqi mənanı Allahın kainata qoyduğu nizamda axtarmaq olduğunu öyrədir.
Hiç yorum yok:
Yorum Gönder