İslam tarixində Qur’an-ı Kərim’in toplanması və yazıya keçirilməsi prosesi, yalnız dini deyil, siyasi və ictimai yönləri olan bir hadisədir. Bu proses iki əsas mərhələdən ibarətdir: Hz. Əbu Bəkr dövründə ilk toplama (cəm’) və Hz. Osman dövründə çoxaldılma (istinsah). Bu yazıda, xüsusilə Hz. Osman dönəmindəki istinsah, yəni yenidən nüsxələmə prosesini və bu qərarın səbəblərini izah edəcəyik.
Hz. Osman Dövründə Quran’ın Yazılma Prosesi
Hz. Osman xilafəti dövründə (644–656) İslam dövləti sürətlə genişlənmiş, ərəb olmayan millətlər də İslamı qəbul etməyə başlamışdı. Bu genişlənmə Qur’an tilavətindəki fərqlilikləri də daha görünən hala gətirdi. Səhabələr arasında bəzi qiraət fərqlilikləri mövcud idi və bunlar ilk dövrlərdə təbii qarşılanırdı. Lakin İraq və Şam bölgələrində bu fərqliliklər zamanla ixtilafa çevrilməyə başlamışdı.
Bu narahatlıq, xüsusilə Hüzeyfə ibn Yəmən'in səfərdən qayıtdıqdan sonra Hz. Osman’a müraciəti ilə zirvəyə çatdı. Hüzeyfə, müsəlmanlar arasında baş verən bu problemləri Hz. Osmana deyir. Bu təhdidə qarşı Hz. Osman, vahid bir Qur’an nüsxəsinin hazırlanmasını zəruri gördü.
Yenidən İstinsahın Gərəkçələri
Hz. Osman’ın təşəbbüsü ilə Qur’an ayələrinin vahid bir üslubla toplanmasının əsas səbəbləri bunlar idi:
-
Qiraət fərqliliklərinin ixtilafa çevrilməsi: Dialekt fərqləri və müxtəlif qiraət tərzləri, Quranın mahiyyətində fərq olmadıqda belə, zamanla təhrif təəssüratı yarada bilərdi.
-
İslam coğrafiyasının genişlənməsi: Yeni müsəlman olan xalqlar Qur’anı düzgün və vahid şəkildə öyrənməli idi.
-
Ərəbcənin müxtəlif ləhcələri: Qur’an əvvəlcə müxtəlif qiraət ruhsatları ilə nazil olmuşdu. Amma bu ruhsatlar zamanla təhrifə açıq qapı ola bilərdi.
Qur’an’ın Çoxaldılması
Hz. Osman, Hz. Əbu Bəkr dövründə Zeyd ibn Sabit tərəfindən toplanan rəsmi nüsxəni (Müshəfi) istədiyi zaman Həfsə bint Ömərdən (Hz. Ömərin qızı) aldırdı. Sonra Zeyd ibn Sabit başda olmaqla Abdullah ibn Zübeyr, Səid ibn Əs və Abdurrahman ibn Haris kimi Qureyşli gənc və etibarlı səhabələrdən ibarət bir heyət qurdu.
Bu heyət, Hz. Əbu Bəkr dövründəki rəsmi Müshəfi əsas alaraq yeni nüsxələr hazırladı. Əgər qiraət fərqliliyi varsa, Qureyş ləhcəsinə uyğun olan variant seçiləcəkdi; çünki Qur’an Qureyş ləhcəsiylə nazil olmuşdu.
Nəticədə bir neçə nüsxə hazırlandı və bu nüsxələr Mədinədə qaldı və Kufə, Bəsrə, Şam, Məkkə kimi mərkəz şəhərlərə göndərildi. Bu nüsxələr “Müshəf-i Osmani” adlanır.
Əvvəlki Müshəflər Yandırıldımı?
Hz. Osman’ın (r.a) bu prosesin sonunda verdiyi ən çox müzakirə edilən qərarlardan biri də digər qeyri-rəsmi nüsxələrin yandırılması idi. Əslində burada məqsəd Qur’anın özündə dəyişiklik etmək deyil, qarışıqlığa və fitnəyə səbəb olacaq fərqli yazılı variantların qarşısını almaq idi.
Bəzi şəxslərin öz istifadələri üçün yazdığı fərdi nüsxələr, ayələrin sıralamasında, yazım tərzində və ya qiraət fərqliliklərində uyğunsuzluqlar ehtiva edə bilərdi. Bu səbəblə, Hz. Osman rəsmi olmayan bu fərdi nüsxələrin yandırılmasını əmr etdi. Buradakı məqsəd bir fitnənin önünü almaq idi. Bu qərar səhabələr tərəfindən ümumilikdə qəbul edilmiş və müqavimətlə qarşılanmamışdı.
Yandırılmayan Tək Mushaf
Yandırılmayan tək Müshəf, Hz. Əbu Bəkr dövründə toplanmış və sonradan Həfsə’nin yanında saxlanılan Müshəf idi. Hz. Osman istinsah üçün bu Müshəfi Həfsə’dən almışdı və çoxaldılma işi bitdikdən sonra yenidən ona qaytarmışdı. Bu, o Müshəfin də rəsmi mənbə olaraq etibarlandığını göstərir.
Hz. Osman’ın Qur’anı çoxaltma və fərqli nüsxələri yandırma əmri, Qur’anın qorunması və gələcək nəsillərə təhrif olunmadan ötürülməsi baxımından böyük bir əhəmiyyət daşıyır. Bu hadisə, həm İslamın əqidəvi sabitliyini qoruma, həm də ictimai birlik və bərabərliyi təmin etmək məqsədi ilə həyata keçirilmiş müdrik bir təşəbbüsdür. Bu səbəbdən Hz. Osman, tarixdə “Cəmiu’l-Qur’an” (Qur’anı birləşdirən) ünvanı ilə xatırlanmışdır.
Hiç yorum yok:
Yorum Gönder