İslam tarixinə baxanda Peyğəmbərimizdən (s.ə.s) sonra müsəlman cəmiyyətinin inkişafında böyük rol oynamış şəxsiyyətlərdən biri də Hz. Ömərdir (r.a). O, Xulefayi-Raşidin xəlifələrinin ikincisi kimi tanınır və İslamın geniş ərazilərə yayılmasına böyük töhfə verib. Təxminən 2 il yarım Hz. Əbu Bəkrin (r.a) yanında ən yaxın dəstəkçi kimi çalışıb, daha sonra isə 10 ildən artıq müddətdə xəlifə olub.
Fütuhat dövrü və İslamın yayılması
Hz. Ömərin dövründə İslam fütuhat baxımından ən geniş mərhələsini yaşayıb. Bu dövrdə Sasani İmperiyası tamamilə tarixə qarışıb, İraq, İran, Azərbaycan kimi ərazilər İslam torpaqlarına daxil edilib. Bizansa bağlı Suriyadan tutmuş Əlcəzairə, Fələstin və Misirə qədər geniş ərazilər müsəlmanların idarəsinə keçib. Belə genişmiqyaslı fəthlər həm güclü hərbi və siyasi təşkilatlanma, həm də iqtisadi və logistika baxımından ciddi planlaşdırma tələb edib. Hz. Ömər bütün bu prosesləri Mədinədən mərkəzləşdirilmiş idarə ilə nizamlayıb.
Fütuhatı ümumilikdə iki yerə ayırmaq olar:
-
İlk dövr fəthləri – Peyğəmbərin (sav) səhabələrinin başlatdığı və müsəlmanların həyata keçirdiyi fəthlərdir. Bu fəthlər Abbasilər dövründə bir müddət dayanıb, amma sonradan türklərin fəthləri ilə davam edib – Malazgirtdən Vyana qapılarına qədər gedib çıxıb.
-
Sülh yolu ilə yayılma – yəni müsəlman dərvişlərin, ticarət adamlarının ordusuz, qılıncsız şəkildə İslamı Afrikanın qərb, cənub və mərkəzi bölgələrinə, eləcə də Asiya adalarına (Malayziya, İndoneziya, Filippin və s.) yayması. Burada məqsəd, Allahın kəlamının ucaldılmasıdır ki, bu da həmişə müharibə demək deyil. Hətta bu gün də müsəlmanlar öz həyatları ilə gözəl nümunə olsalar, Avropa və Amerikada belə İslamın yayılacağına inananlar çoxdur.
Hz. Ömərin idarəçilik nümunəsi
Hz. Ömər xəlifə kimi yalnız mövcud məsələlərlə kifayətlənməyib, yeni şəhərlərin salınması, torpaqların bölüşdürülməsi, iqtisadi məsələlərin həlli ilə bağlı nümunəvi qərarlar verib. Ordu komandanlarını, valiləri, katibləri, asayişi qoruyan şəxsləri təyin edib. Həmin dövrdə qadılar da fəaliyyətə başlayıb. Xaraktercə sərt olsa da, daim Allaha dua edib ki, sərtliyini yumşaltsın, zəifliyini gücləndirsin, xəsisliyini səxavətlə əvəz etsin. Öz dövrünün gedişatından xəbərdar olmaq üçün ticarət məqsədilə Həbəşistana, Yəmənə, Fələstinə, İraqa, Misirə və Suriyaya gedib-gəlib.
Muvafəqat və "muhaddəs" məqamı
Hz. Ömərin bəzi fikirləri nazil olan Quran ayələri ilə üst-üstə düşüb. Məsələn, Məqam-ı İbrahimin namazgah kimi seçilməsi, Peyğəmbər (sav) xanımları üçün hicab ayəsinin nazil olması kimi nümunələr var. Bu, onun Allah qarşısında ədəbini qorumaq anlayışını da göstərir. Bir də Hz. Ömərin “muhaddəs” – yəni ilhamla bəzi həqiqətləri hiss edən şəxs idi. Peyğəmbərimiz də bu xüsusiyyəti təsdiqləyib. Məsələn, azanın müəyyən olunması – Abdullah ibn Zeydin gördüyü yuxu və Hz. Ömərin də eyni yuxunu görməsi buna nümunədir.
Ancaq bu, onun yanılmaz olduğu anlamına gəlmir. Məsələn, Hudeybiyə sülhü zamanı şərtlərə etiraz edib, Peyğəmbərin əmrinə tabe olmaqda gecikib və buna görə ömrü boyu utanc hissi yaşayıb. Hətta xilafəti dövründə də bir qadının iradı qarşısında xətasını qəbul edib. Bu kimi haqq qarşısında daim susub və haqqı qəbul edib.
Qeyri-müsəlmanlarla münasibət və şəhərsalma
Hz. Ömərin dövründə fəth edilən torpaqlarda qeyri-müsəlmanlarla münasibətdə bir sıra prinsiplər tətbiq olunub:
-
Heç kim zorla müsəlman edilməyib.
-
Sülhlə alınan ərazilərdə yerli əhali cizyə (qoruma vergisi) ödəyib.
-
Müharibə ilə alınan torpaqlar isə əhali əlində saxlanılıb, qarşılığında xərac vergisi qoyulub.
-
Müharibə əsirləri öldürülməyib, əksinə, azadlığa buraxılıb.
Hz. Ömər yeni şəhərlər salmaqla da məşğul olub. Kufə, Bəsrə, Fustat (indiki Qahirənin əsası) kimi şəhərləri bu dövrdə salıb. Şəhərlərin mərkəzində məscid, yanında idarə evi, bazar yerləşib. Hətta kanallar çəkdirib, infrastruktur qurub.
Məqasid əş-Şəriə və sosial məsuliyyət
İslamın əsas məqsədləri – Məqasid əş-Şəriə – hər kəsin hüquqlarının qorunmasına əsaslanır:
-
Həyatın qorunması.
-
Nəsilin qorunması.
-
Ağlın qorunması.
-
Malın qorunması.
-
Dinin qorunması.
Bunlar həm müsəlman, həm qeyri-müsəlmanların haqlarını qorumağa xidmət edir. Bundan əlavə, "Fərz-i kifayə" prinsipi də mövcuddur: əgər bir məhəllədə bir kimsə aclıqdan ölsə, ya da təbii fəlakət zamanı xilas olunmasa, o cəmiyyətdəki hər kəs məsuliyyət daşıyır. Və bütün bunlara Hz. Ömər öz dönəmində ciddi şəkildə nəzarət edirdi.
Hiç yorum yok:
Yorum Gönder