İnsanın “əmanəti öz üzərinə götürməsi” anlayışı, çağdaş dünyada insan təbiətini yenidən anlamağa imkan verən, eyni zamanda düşüncəmizin əsas dayaqlarından birinə çevrilən dərin mənalı bir baxış bucağı yaradır. Bu yanaşma bizə göstərir ki, qorxuya əsaslanan davranışlar – məsələn, riyakarlıq, təkəbbür və s. – insan həyatını ciddi şəkildə daraldır. Halbuki din bizə sevgi, mərhəmət və ümid tərəfdarı olmağı təklif edir. Allaha iman gətirmək – əslində – ümidi seçmək deməkdir.
İnsan Təbiəti və Üsyan Etmək Yönümlü Fitrət
Bunu da qəbul etməliyik ki, insan təbiəti etibarı ilə itaətkar varlıq deyil. Əksinə, insan varlığında bir növ qarşı çıxma, özünü müdafiə etmə ehtiyacı daşıyır. Onun üsyanı bəzən qaydaların özünə yox, qaydanı qoyanın başqa biri olmasına qarşı yönəlir. İnsan bu vəziyyətdə varlığını təhlükədə hiss edir və bu daxili narahatlıq onun təbii bir hissəsidir. Lakin bu xüsusiyyət ilahi bir imkan, bir lütf kimi də qiymətləndirilə bilər. Məsələn, uşağın valideynlərinə, ya da şagirdin təhsil sisteminə qarşı çıxması – bu daxili başqaldırının normal təzahürləridir. Bunları tamamilə yanlış yox, insanın formalaşma mərhələsinin bir hissəsi kimi qəbul etməliyik.
Uzlaşmaq və Sosiallaşmaq Prosesi
İnsan yaradılış etibarilə nə qədər üsyankar olsa da, Allah ona ağıl nemətini də verib. Məhz bu ağıl insanın içindəki qarşıdurmanı idarə etməyə, uzlaşma yollarını axtarmağa imkan verir. Üsyanın gətirdiyi təcrid və tənhalıq hissi insana sosiallaşmaqdan başqa yol buraxmır. Beləcə, insan öz içindəki asi yönünü öz iradəsi ilə nəzarət altına alır və bu məcburiyyətlə başqaları ilə razılaşmağa çalışır. Bu sosial razılaşma isə zamanla dilin inkişafına, mədəniyyətin formalaşmasına və insani dəyərlərin qazanılmasına zəmin yaradır. El arasında deyilən "insan insanın müəllimidir", "insan insanın aynasıdır", "insan insanın qapısıdır", "insan insana körpüdür" kimi ifadələr məhz bu həqiqəti ifadə edir. Əgər bəziləri “insan insanın qurdu” deyərsə, biz də deyərik: “İlk qurd özümüz olmamalıyıq.”
"Ləhul-Əsmaül-Hüsna" və Yeni Düşüncə Tələbi
Düşüncə sistemimizin təməlində “Ləhul-Əsmaul-Hüsna” – yəni "ən gözəl adlar Allaha məxsusdur" prinsipi dayanmalıdır. Bu anlayışın bizə dediyi budur: “Həyat dəyərlidir”, “Həyat həqiqətdir”, “İnsan yaxşıdır” və “İnsan özü bir həqiqətdir”. Quranda Hz. Yusifin (ə.s) “ucuz qiymətə satılması” nümunəsi bizə göstərir ki, insanın maddi ölçülə bilməz, yəni maddi bir dəyəri yoxdur az qala, fəqət onun mənəvi dəyəri isə heç bir qiymətlə ifadə oluna bilməz.
Müsəlmanların Yeni Səsi: Qorxusuz və Ümidlə
Artıq zamanıdır ki, müsəlmanlar ötən əsrdəki qorxuya, susqunluğa və müdafiə vəziyyətinə son qoyaraq öz fikirlərini açıq və cəsarətli şəkildə ifadə etsinlər. "Nə baş verirsə versin, qorxmuruq, utanmırıq və həyat tərəfdarıyıq" deməyin vaxtıdır. İnsanlar yaşamaqdan vaz keçsə belə, biz həyatdan, insandan və var olmaqdan yana mövqe tutmalıyıq. Bu, “Ləhul-Əsməu-l-Hüsna” prinsipini müasir dövrdə yaşayan, danışan və düşünən insanlar kimi təcəssüm etdirməyimizin bir borcudur. Dünya, içindən yeni və orijinal bir söz doğuracaq güclü bir idrak axtarır. Müsəlmanca düşünmək – insanın gözəlliyindən, həyatın yaxşılığından, varlığın mənəviyyat və estetik dəyərindən imtina etmədən danışmaq deməkdir.
Hiç yorum yok:
Yorum Gönder