21 Mart 2026 Cumartesi

İnsanın Peyğəmbər Təsəvvürü

Bu gün insanların peyğəmbərlik anlayışı ilə bağlı düşüncələri, həmçinin müasir insanın bu anlayışı necə qəbul etməli olduğu məsələsi xüsusi diqqət tələb edir. Burada əsas vurğu nübuvvətin sübut yollarına və bu qurumun insan həyatında hansı funksiyanı yerinə yetirdiyinə yönəlməlidir.

Nübuvvətin Əsas Funksiyaları

Nübuvvətin iki əsas funksiyasını qeyd etmək mümkündür:

1. İlahi Məlumatların çatdırılması:

Peyğəmbərlik anlayışı, Allah, axirət, Cənnət və Cəhənnəm kimi mövzularla bağlı ilahi xəbərlərin insanlara ötürülməsi missiyasını daşıyır. İnsan ağlı bu məsələlərə yalnız təxmimi çata bilər, lakin qəti bilik yalnız vəhy yolu ilə mümkündür.

2. Düzgün və yanlış həyat tərzinin müəyyənləşdirilməsi:

Əgər bu ilahi məlumatlar doğru sayılırsa, həmin məlumatlara uyğun həyat tərzinin necə olması məsələsi ortaya çıxır. Bu isə nübuvvətin ikinci mühüm funksiyasıdır.

Bu mərhələdə sual ortaya: insan üçün “nə yaxşıdır?” Bu sualın cavabı — yəni hansı davranışların doğru olduğu — yalnız ilahi iradənin insana bəyan olunması ilə aydın ola bilər. Sadəcə kainata baxmaqla Allahın insandan nə istədiyini başa düşmək qeyri-mümkündür. İnsan ağılı müəyyən nəticələr çıxarsa da, bu nəticələr tam etibarlı deyil. Məhz bu səbəbdən nübuvvət, insan üçün doğru həyat modelini açıqlayan, ilahi hikmətə əsaslanan bələdçi funksiyasını yerinə yetirir.

Peyğəmbər Olduğu Necə Bilinə bilər?

Ən çox müzakirə olunan məsələlərdən biri də budur: bir şəxsin peyğəmbər olduğunu necə müəyyənləşdirmək olar? Bu, xüsusilə həmin şəxs artıq həyatda olmadıqda və ondan sonra nəsillərlə ötürülmüş məlumatlar üzərindən qərar verilməli olduqda daha da çətinləşir. Fərqli icmaların fərqli iddialarla çıxış etdiyi bir dünyada bu sualın iki əsas cavab yolu vardır:

1. Məntiqə uyğunluq və idarə edilə bilərlik

Peyğəmbərin gətirdiyi fikirlər, prinsiplər və mesajlar insan ağlı üçün məqbul və həyatla uyğun olmalıdır. Bu fikirlər:

  • insanın arzu, məqsəd və dəyərlərini nizamlayan bir struktura sahib olmalıdır;
  • nəsillər boyu davamlı şəkildə ötürülə bilməlidir;
  • elə bir məntiqlə formalaşmalıdır ki, sadə insanlar belə onun üzərində düşünə və nəticəyə gələ bilsinlər.

Burada söhbət möcüzələrdən deyil, insan təfəkkürünü qane edən, ağıl və mənəviyyatla uyğun gələn bir mesajdan gedir. Din yalnız ağıl üçün məntiqli olduqda uzunömürlü ola bilər. Amma qeyd edilməlidir ki, sadəcə məntiq və uyğunluq yetərli deyil. İnsanlar yalnız ağılın qane olması ilə kifayətlənmirlər.

2. Vəlayət Təcrübəsi – İlahi yaxınlıq

Peyğəmbərin təqdim etdiyi bilgilərin arxasında xüsusi bir mənəvi dərinlik dayanır. Bu dərinlik “vəlayət” adlanan bir hal ilə izah olunur.

Sufi düşüncəsində vəlayət və nübuvvət bir-birindən fərqləndirilir. Vəlayət – yəni Allahla xüsusi yaxınlıq – daha dərin və köklü bir hal kimi dəyərləndirilir. Lakin bu, peyğəmbərlikdən üstün olmaq anlamına gəlmir. Əksinə, Hz. Muhəmmədin (sav) nübuvvəti onun vəlayəti ilə tamamlanır. Belə bir yanaşma, nübuvvəti buzdağının görünən hissəsi, vəlayəti isə dərinlikdə qalan əsas və təməl hissə kimi xarakterizə edir.

Ən önəmli məqamlardan biri isə budur: əgər bu vəlayət təcrübəsi peyğəmbərə tabe olan insanlar arasında davam etmirsə, nə o din yaşaya bilər, nə də həmin peyğəmbərin haqq olduğu qəti şəkildə anlaşılır.

Bu cür baxışla nübuvvət yalnız keçmişdə qalmış bir termin deyil, eyni zamanda müasir insanın həyatını mənalandırmaq üçün düşünməli olduğu canlı və dərin bir anlayışdır.

Hiç yorum yok:

Yorum Gönder

İslam Elm Ənənələri və Quran Qissələri

İslam düşüncə və elmi ənənəsi, dərin və mənəvi bir bilik fəlsəfəsinə əsaslanır. Bu ənənənin təməlində bilik mənbəyinin ilahi olması, insanın...