Tarixdən bu günə İslam coğrafiyası
"İslam coğrafiyası haradır?" – bu sual bir vaxtlar
daha asan cavablandırılırdı. Düşünün ki, Osmanlı hələ dağılmamış, müsəlmanların
siyasi və mədəni nüfuzu Şimali Afrikadan Orta Asiyaya, Balkanlardan Hind
Okeanına qədər uzanırdı. Mərakeşdən Bağdada, İsfahandan Səna'ya, Saraybosnadan
Qüdsə qədər saysız-hesabsız şəhərlər, minarələr, kitabxanalar, mədrəsələr bu
coğrafiyanın tərkib hissəsi idi.
Ancaq bu gün, XXI əsrin mürəkkəb və sürətlə dəyişən
reallığında bu sual daha fərqli çalarlar qazanır. Məsələn, bir zamanlar adını
belə eşitmədiyimiz Yeni Zelandiyanın Christchurch şəhərində baş verən və
hamımızı sarsıdan məscid hücumu, bizə göstərdi ki, İslam coğrafiyası artıq
yalnız "klassik" şəhərlərlə məhdud deyil. Dünyanın istənilən nöqtəsində,
müsəlman bir fərdin yaşadığı hər yer – istər London, istər Nyu-York, istərsə də
Buenos Ayres olsun – bu coğrafiyanın yeni bir üzü, yeni bir nəfəsidir.
Baxmayaraq ki, ağıla ilk gələn şəhərlər hələ də Qahirə, Şam,
Mərakeş, Saraybosna kimi yerlərdir, artıq Paris və Madridin müsəlman əhalisi
milyonlarla ölçülür. Amma düşüncəmizdəki coğrafi xəritələr hələ də 100 il əvvəlin
sərhədləriylə işləyir. Halbuki bu gün İslam dini təkcə coğrafi olaraq yox, həm
də mədəni və sosial baxımdan yayılmaqda, dünyanın hər yerində yeni mənalar və
formalar qazanmaqdadır.
Hətta bəzi Qərb tədqiqatçılarının fikrincə, İslam dünyada ən
sürətlə yayılan dindir. Ola bilsin, 100 il sonra bu anlayışın mənası tamamilə dəyişəcək
və London kimi şəhərlər də “İslam şəhərləri” siyahısında öz yerini alacaq.
Başqa sözlə, İslam dünyası artıq sabit bir "məkan" deyil, daim genişlənən
bir "hərəkət", bir "ruh halı"dır.
Mərkəzi Coğrafiya: Yəni Bizim Mənəvi Coğrafiyamız
İslam coğrafiyası deyərkən, bəzi bölgələr var ki, onlar bu mənzərənin
mərkəzində dayanır. Qərb dilində “Yaxın Şərq” deyilən bu torpaqları bizim üçün daha
çox "mərkəz coğrafiya" kimidir. Anadolu, Ərəb yarımadası, Nil vadisi
və Dəclə-Fərat hövzəsi ilə sərhədlənən bu torpaq zolağı sadəcə fiziki bir ərazi
deyil – bu, bizim mənəvi, tarixi, mədəni kodlarımızın doğulduğu və formalaşdığı
yerdir.
Bu coğrafiyaya "batıqlıq", "təhlükəli
zona", "qarışıqlıq yuvası" kimi baxmaq, əslində bizi öz köklərimizdən
ayırır. Bura bizim peyğəmbərlər coğrafiyamızdır – Qurani-Kərimdə adı keçən,
hekayələriylə bizi böyüdən insanların yaşadığı yerdir. Bu bölgəni inkar etmək,
özümüzü inkar etmək kimidir.
Mərkəz coğrafiyanın içində isə xüsusi bir yer tutur Bilad
al-Şam – yəni Şam bəldələri. Suriya, Livan, İordaniya, Fələstin, İraq və
Anadolunun cənub bölgələri bu coğrafiyanın tərkib hissəsidir. Şamın içində Fələstin,
onun içində Qüds, Qüdsün içində isə tarix və həssaslıqla dolu 144 dönümlük sahədə
yerləşən Məscid-i Əqsa vardır. Onun mərkəzində isə, dünyadakı bir çox siyasi və
mənəvi ixtilafın düyünü sayılan – Qubbətüs-Səxra və onun altında yerləşən müqəddəs
Qaya.
Əgər biz bu coğrafiyaya sevgisiz, məsuliyyətsiz, ya da qərblərin
baxış bucağıyla baxmağa davam etsək, nə bu torpaqların haqqını verə bilərik, nə
də onların bizə verdiyi ilahi mesajı anlaya bilərik.
Bəs Bizə Düşən Nədir? – Yeddi Mənəvi Vəzifə
Əgər bu coğrafiya varsa və biz də onun bir parçasıyıqsa,
onda bu torpaqlara qarşı münasibətimiz də sıradan olmamalıdır. Sadəcə kənardan
baxan müşahidəçi yox, içindən danışan, dərdini bölüşən bir övlad kimi
davranmalıyıq. Bu mənada, İslam coğrafyasına qarşı yeddi əsas vəzifəmiz var:
1. Sevgi ilə baxmaq: Bu torpaqları incələnəcək obyekt
yox, qəlbimizi bağlı hiss etdiyimiz bir yurd kimi görməliyik. Oryantalist
baxışdan uzaq, içdən, empati dolu bir nəzərlə.
2. Aidiyyət hissi ilə baxmaq: Bu coğrafiya mənim
kimliyimin parçasıdır demədən, bu torpaqlarda baş verən hər acını öz dərdin
kimi duymadan, əsl mənada ümmət şüuru formalaşmaz.
3. Önyarqısız baxmaq: Sevgi və aidiyyət yetməz. Həqiqi
baxış, önyarqıları aşmaqla mümkündür. Nə ifrat ideallaşdırma, nə də tamamilə
inkar – bunların heç biri bizi doğruya aparmaz.
4. Realist baxmaq: Arzularla deyil, reallıqla
danışmaq lazımdır. Hisslərə qapılıb gözümüzü yummaq, bizi həqiqətdən
uzaqlaşdırar. Əgər nəsə dəyişəcəkdirsə, bu, həqiqəti dərk etdikdən sonra
mümkündür.
5. Məlumatla baxmaq: Coğrafiyanı tanımadan, onun
tarixinə və bugününə dair bilik olmadan fikir bildirmək sadəcə gurultudur. Əvvəl
öyrənmək, sonra danışmaq şərtdir.
6. Çeşidliliyi görərək baxmaq: İslam dünyası tək bir
forma, tək bir məzhəb və ya tək bir mədəniyyət deyil. Orada çoxluq var, rəngarənglik
var. Bu müxtəliflik bizim zənginliyimizdir.
7. Bütüncül baxmaq: Sadece Osmanlı izi axtararaq
deyil, Abbasilərdən tutmuş Babürlərə qədər bütün İslam tarixini bir bütöv kimi
görə bilməliyik. İslam dünyasını yalnız bir epoxanın içində dəyərləndirmək,
tarixə qarşı haqsızlıqdır.
Hiç yorum yok:
Yorum Gönder