Tənqidi düşüncə insana həm öz fikirlərini formalaşdırarkən, həm də başqalarının fikirlərini qiymətləndirərkən buraxa biləcəyi xətaları minimuma endirməyi öyrədir. Bu prosesin əsasını təşkil edən yeddi mühüm prinsiplərdən birincisi və ən vacibi Xəta Payı Prinsipidir. Bu prinsip əslində gündəlik həyatda tez-tez qarşılaşdığımız, amma çox vaxt nəzərə almadığımız bir həqiqəti yada salır: insan ağlının və qavrayışının təbiətində var olan məhdudiyyətlər.
Xəta Payının Mənbəyi və Qaçılmazlığı
Xəta payı prinsipi insan beynindən çıxan hər bir düşüncənin təbii olaraq müəyyən məhdudiyyətlər daşıdığını xatırladır. Bu məhdudiyyətlərin bir neçə əsas səbəbi var:
-
Beynin Reallığı Dəyişdirməsi: Beynimiz ətraf mühiti olduğu kimi deyil, müəyyən qədər işləyərək qavrayır. Bu isə hər şeyi tam və dəqiq anlamamağımıza gətirib çıxarır.
-
Məhdud Qabiliyyət: Dil, vaxt, bilik və qavrama bacarığımızın müəyyən həddi var. Yorğunluq, aclıq və bənzər hallar bu məhdudiyyətləri daha da daraldaraq düşüncəmizə təsir edir.
-
Şəxsi Baxış Buçağı: Reallıq nə qədər obyektiv olsa da, biz onu həmişə öz dar baxış bucağımızdan dəyərləndiririk. Bildiklərimiz və düşüncə tərzimiz bizə ancaq subyektiv bir mənzərə təqdim edir. Bu baxış dəyişə bilər, inkişaf edə bilər, amma hər şeyi əhatə edən tam, mütləq bir baxış insana xas deyil.
-
Düşüncədəki Əyriliklər: Reallığı anlamaq və ifadə etmək istədikdə, soyutlaşdırma, ümumiləşdirmə, qısaltma kimi proseslər qaçılmaz olur. Necə ki, bir şəhərin xəritəsi həmin şəhərin bütöv reallığını tam əks etdirə bilmir, düşüncə də hər zaman müəyyən təhriflərlə müşayiət olunur. Təfərrüata endikcə səhvlər azalır, amma heç vaxt tam yox olmur.
Tənqidi Düşüncədə Xəta Payının Əhəmiyyəti
Xəta buraxmaq və ya xəta ehtimalını qəbul etmək əslində mənfi bir şey deyil, əksinə inkişaf üçün vacib bir işarədir. Çünki:
-
Daimi İnkişaf: Xəta payını qəbul etmək göstərir ki, hələ düzəldiləsi və inkişaf etdiriləsi məqamlar var.
-
Obyektiv Düşüncənin Sərhədləri: Bir fikrin nə qədər doğru görünməsindən asılı olmayaraq, subyektiv olduğundan tam həqiqəti əks etdirmir. Əvvəlki alimlərin yazılarının sonunda “Allahu a`ləm” (“Doğrusunu Allah bilir”) deməsi də insanın məhdud biliyinə işarədir.
-
Xətaların Düzəldilməsi: Bir düşüncə nə qədər reallığa yaxın olsa, o qədər faydalıdır. Əslində düşüncənin irəliləməsi də həm özümüzün, həm də başqalarının xətalarını aradan qaldırmaqla mümkün olur.
-
Sağlam Münazirə Mühiti: Xəta ehtimalını qəbul etmək, müzakirələrin daha sağlam şəkildə getməsi üçün əsas şərtdir. Hər kəsin xəta edə biləcəyini qəbul etmək başqalarının yanlışlarına qarşı həddindən artıq sərt reaksiyanı da azaldır.
-
Birlikdə Düşünmək və İrəliləmək: Bilik sahəsinin genişliyi heç kəsin təkbaşına hər şeyi əhatə edə bilməyəcəyini göstərir. Tənqidi düşüncə isə bir-birimizin xətalarını göstərərək və düzəldərək irəliləməyə şərait yaradır.
-
Mükəmməl Sayılan Əsərlərdə Belə Xəta: Çox dəyər verilən, bəzən müqəddəsləşdirilən əsərlər belə insan əli ilə yazıldığı üçün xəta ehtiva edir. Bunu nəzərə almamaq o əsərlərdən dərs götürməyə və daha irəli getməyə mane olur.
Hiç yorum yok:
Yorum Gönder