Qərb fiziki istilalardan əvvəl, zehinləri və düşüncə dünyalarını hədəf aldı. Çünki yaxşı bilirdilər ki, bir xalqın torpaqlarına girə bilmək üçün əvvəlcə onun zehni dünyasına girmək lazımdır. Müsəlman cəmiyyətləri ayaqda saxlayan əsas dayaq – Quran və Sünnə – bu səbəbdən ilk hədəf oldu. Müsəlmanları bu mənbələrdən uzaqlaşdırmaq, öz mənəvi köklərindən qoparmaq və nəticədə qərbin parlaq amma içi boş anlayışları ilə zehinləri doldurmaq əsas məqsəd idi.
Bu plan tək bir yöndə getmədi. Onillər boyunca müxtəlif vasitələrlə cəmiyyətlərə nüfuz etdilər, ideoloji layihələr qurdular, təhsil, mədəniyyət, siyasət vasitəsilə dərin təsirlər buraxdılar. Bunu edərkən də heç bir sərfiyyatdan, heç bir imkandan çəkinmədilər.
Ən təsirli silahları isə təlqin idi. “Onlar güclü, biz zəifik” kimi zehinlərə yeridilən bir ideya, bir çox müsəlmanın ruhunu işğal etdi. İllərlə bu təbliğat o qədər təkrarlandı ki, biz özümüz də fərq etmədən eyni dili danışmağa, hadisələrə onların gözü ilə baxmağa başladıq. Və nə acıdır ki, Allahın isimlərini və sifətlərini tanıyan müsəlmanlar belə, bu təbliğatın təsiri ilə qərbi “hər şeyi bilən”, “hər şeye gücü çatan”, “hər şeyi görə bilən” bir varlıq kimi qavramağa başladılar.
Halbuki bu, bir məğlubiyyət psixologiyasıdır. Çünki Allah’a aid olan sifətləri insana, güc sahibinə, imperiyaya yükləmək – bilmədən özünü zəif və təsirsiz saymaqdır. Bu isə əsil işğaldır – qəlbin və zehnin işğalı.
Ona görə də dayanıb düşünmək vaxtıdır: Biz bu zehni və mədəni işğalın nə qədər içindəyik? Vəhyin formalaşdırmalı olduğu anlayışlarımızı gerçəkdən vəhyəmi əmanət etmişik, yoxsa başqa qaynaqlaramı? Quran və Peyğəmbərin (s.a.s.) çağırışı bizdə necə bir qarşılıq doğurur? Onlardan gələn həqiqətlərə tam bir inam və təslimiyyətlə sarıla bilirikmi?
Bu sualları uzatmaq olar, lakin iki əsas həqiqətlə bitirək:
Birincisi, Allahın xəbərdarlığıdır:
“Zülm edənlər, necə bir çevrilişlə alt-üst ediləcəklərini çox yaxında görəcəklər.” (Şuəra, 227)
İkincisi isə, Peyğəmbərimizin (s.a.s.) xəbəridir:
“Yəhudilərlə döyüşəcəksiniz və onları məğlub edəcəksiniz. O qədər ki, hər daş və ağac sizə belə deyəcək: ‘Ey Allahın qulu, budur arxamda gizlənən bir yəhudi – gəl və onu məhv et.’” (Buxari, Cihad 57; Müslim, Fitən 82)
Hiç yorum yok:
Yorum Gönder