Tənqidi düşüncə öyrənmək istəyən hər kəsin riayət etməli olduğu yeddi əsas prinsipdən biri də İnsaflılıq Prinsipidir. Bu prinsip tənqidi düşüncə mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır, çünki düşüncənin yalnız şəxsi deyil, həm də ictimai tərəfinin olduğunu göstərir.
İnsaflılıq Prinsipi nədir?
İnsaflılıq o deməkdir ki, bir fikri müzakirə edərkən və ya dəyərləndirərkən, qarşımızdakının dediklərini mümkün qədər düzgün və tam başa düşməyə çalışmalıyıq. Bu, istər birbaşa söhbət etdiyimiz insan, istərsə də oxuduğumuz bir mətn və ya artıq danışmış birinin fikri olsun – fərq etmir. Əgər hər hansı bir fikirlə razı deyilsək də, onu tənqid etməzdən əvvəl həmin fikrin ən güclü halını tapıb anlamalıyıq.
Belə yanaşma bizi fikirləri ucuzlaşdıraraq, məsələn, sadəcə kiminsə ifadə tərzinə, danışıq səhvlərinə və ya yazı qaydalarına ilişərək mövzudan yayınmaqdan qoruyur. Əksinə, bu prinsip bizə öyrədir ki, əgər həqiqətən tənqidi yanaşma tətbiq etmək istəyiriksə, fikir kim tərəfindən və necə deyilməsindən asılı olmayaraq, onun məğzinə fokuslanmalıyıq. Bu, çoxlarının tez-tez etdiyi – zəif bir fikri dərhal darmadağın etmək istəyindən bizi uzaqlaşdırır.
Niyə vacibdir?
İnsaflılıq prinsipi tənqidi düşüncənin təməlində duran “doğruya çatmaq” məqsədi ilə birbaşa bağlıdır. Bu prinsipi tətbiq edəndə:
-
Qarşımızdakı insanın da bizim kimi doğrunu axtaran, düşünən biri olduğunu qəbul edirik.
-
Fikri məntiqsiz jestlərlə, lağla və ya qarşı tərəfin demədiyi sözləri ona aid edərək zəiflətməkdən qaçırıq.
-
Bilirik ki, bəzən insan doğru bir şeyi səhv ifadə edə bilər. Əgər insaflı olsaq, o düzgün fikri tapıb dəqiq şəkildə müzakirəyə çıxara bilərik.
-
Lazım gələrsə, “əgər sən bu fikri başqa cür desəydin, mən buna qarşı çıxmazdım” deməkdən çəkinmirik.
-
Hədəfimiz şəxsi hücum yox, həqiqətən məntiqli və əsaslı bir tənqiddir – əgər bir qüsur varsa, məhz fikrin içindəki səhvləri tapıb göstəririk.
-
Qarşımızdakını da, özümüzü də ağıllı və dürüst mövqe sahibi kimi qəbul edirik.
-
Əgər birinin arqumentləri doğru olarsa, buna inanmağa hazırıq və bunu açıqca göstəririk.
-
Tələbat olarsa, başqasının arqumentini daha məntiqli formaya salıb, əsaslandırıb sonra tənqid edirik ki, tənqid hədəfə dəysin.
-
Bu yanaşma müzakirəni daha sağlam və şəxsi hücumdan uzaq saxlayır.
-
Həm anlamaq, həm də özümüzü düzgün başa salmaq üçün qarşılıqlı tətbiq edilməlidir.
-
Sual vermək, suallara cavab tapmaq və sağlam ünsiyyət üçün insaflılıq labüddür.
İnsaflılıq prinsipi, açıq sözlülük kimi həm şərh, həm də təqdimat prinsipi sayılır. Əgər bir arqumentdə səhv varsa, tənqidi təqdimatda emosiyaya sərf etməkdənsə, birbaşa həmin səhvi analiz etmək daha məqsədəuyğundur. Bu isə tənqidi düşüncənin əsas addımlarından biridir.
Hiç yorum yok:
Yorum Gönder