9 Kasım 2025 Pazar

Sosial Media: İmtahan Meydanı və Məsuliyyət Sahəsi

Müasir dövrdə sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnsanlar gündə saatlarla bu virtual məkanda vaxt keçirir, bəziləri isə demək olar ki, həyatlarının böyük bir qismini orada yaşamağa başlayır. Belə bir reallıq, zaman-zaman “sosial şəbəkələrdə haramlarla qarşılaşırıqsa, hesablarımızı bağlamalıyıqmı?” sualını gündəmə gətirir. Bu sualı cavablandırarkən unutmamalıyıq ki, iki əsas həqiqət hər zaman diqqət mərkəzində olmalıdır:

1. Allah hər aləmin Rəbbidir – virtual aləm də bu aləmlərə daxildir
Unutmamalıyıq ki, Allah-u Təala yalnız maddi aləmin deyil, bütün aləmlərin Rəbbidir. Bu həqiqət, sosial mediada da Onun qoyduğu qaydaların keçərli olduğunu bizə xatırladır. “Məni burda heç kim tanımır”, “fərqli kimlikdəyəm” kimi düşüncələr əslində məsuliyyət duyğusunu zəiflədir. Halbuki, hər toxunduğumuz klaviatura, hər sürüşdürdüyümüz siçan bir iz buraxır və bu izlər ya lehimizə, ya da əleyhimizə mələklər tərəfindən qeydə alınır. Gerçək həyatda olduğu kimi, burada da daim Allahın bizi gördüyü şüurunda olmalıyıq.

2. Halal və haram meyarları sosial mediada da keçərlidir
Real həyatda hansı əxlaqi və dini ölçülərə diqqət yetiririksə, virtual məkanda da eyni məsuliyyəti daşıyırıq. Şəxsi sərhədlər, qadın-kişi münasibətləri, məhrəmlik anlayışı, iftira, yalan, qeybət və haqq pozuntuları – bunların hər biri sosial şəbəkədə də eyni ciddiyyətlə qiymətləndirilməlidir.

Sosial mediadan tamamilə uzaqlaşmaq çıxış yolu sayılarmı?

Dünyəvi həyatımızda da haramlar, çətinliklər mövcuddur. Amma bu, bizi həyatdan uzaqlaşdırmır. Əksinə, mübarizə aparır, doğru yolu seçməyə çalışırıq. Sosial media da eyni prinsiplə dəyərləndirilməlidir. Əgər oradakı mənfi təsirlər çoxalsa da, bu, bizi tamamilə çəkilməyə məcbur etməməlidir. Əksinə, mömin olaraq orada da bir şüurlu duruş sərgiləməyə çalışmalıyıq. Lakin bəzi hallarda sosial şəbəkələrdən müvəqqəti uzaqlaşmaq və ya hesabları bağlamaq faydalı ola bilər. Əgər bu platformalar:

  • Şəxsiyyətinizi zədələyirsə,

  • Əxlaqınıza mənfi təsir göstərirsə,

  • İradeniz zəifləyib özünüzü qorumaqda çətinlik çəkirsinizsə,

  • Digər insanlara qarşı əsəbi və haqsız davranışlar sərgiləyirsinizsə,

  • Məlumat paylaşarkən dürüstlük və məsuliyyət prinsiplərinə əməl etmirsinizsə, onda bir müddət fasilə vermək və özünüzlə üzləşmək, məsuliyyətləri dəyərləndirmək yerinə düşər.

Sosial medianı insani və İslami dəyərlərlə istifadə etməyin əsas şərtləri:

Sosial media bizi yox, biz onu idarə etməliyik: O, bir vasitədir və bizim idarəmizdə olmalıdır. Əgər bu vasitə artıq bizi idarə etməyə başlayıbsa, özümüzə qayıtmağın vaxtı gəlib çatmış deməkdir.

Niyyətimizi təmiz saxlamalıyıq: Sosial mediada bəyənilmə arzusu insanda riyakarlıq, özünü bəyənmə kimi mənfi hissləri oyada bilər. Bu isə zamanla yalan, iftira, böhtan və görüntü yaratmağa gətirib çıxarır. Niyyət pozulursa, dayanmaq lazımdır.

Zaman və həyat israf edilməməlidir: Gün ərzində saatlarla sosial mediada vaxt keçirmək, əsas və faydalı işlərdən uzaqlaşmaq, ömrü boş yerə sərf etmək deməkdir. Zaman, sağlamlıq və ruh halımız bizim əmanətimizdir, onlara biganə yanaşmaq düzgün deyil.

Harama aparan hər addımdan uzaq durulmalıdır: Şeytanın və nəfsin vəsvəsələrinə qapı açmamalıyıq. Dinimiz bizə “yaxınlaşmayın” deyə xəbərdarlıq edir. Hər “niyyətim təmizdir” ifadəsi bizi təhlükədən qoruyacaq deyildir.

Məlumatlanmaq və məlumat vermək məqsədi ön planda olmalıdır: Sosial media vasitəsilə faydalı biliklərə çatmaq, cəmiyyətin problemlərinə həsssas olmaq və müsbət təsir göstərmək mümkündür. Lakin məqsəd qeybət, boş söhbətlər və mənasız qarşıdurmalar olarsa, bu, böyük bir itkiyə çevrilər.

Hiç yorum yok:

Yorum Gönder

Bitməyən Bir Səfər: Tapmış Olmaq Bitirmiş Olmaqdır?

Dini həyat sadəcə müəyyən mərasimlər və rituallardan ibarət bir dövr deyil, əksinə, davamlı bir səfərdir. Bu yolçuluğun arxasında dayanan ik...