Bir insan Allah'a iman etməmişsə, onun dünyayla qurduğu əlaqə əsasən yaşamaq instinkti, yemək, içmək, qorunmaq kimi ehtiyaclar üzərindən formalaşır. Bu münasibətlər də adətən “zərər və fayda” dəyərləndirmələri ilə tənzimlənir və buna bir növ “ağıl” deyirik. Lakin bir dəfə insanın zehnində "Allah var" fikri yerləşdikdə, o baxış dəyişməyə başlayır. Çünki Allah, zehnə yalnız bir məlumat kimi deyil, mövcudluğun yönünü dəyişdirən prinsip kimi daxil olur.
Təsəvvür edin: Yupiterin var olduğunu bilmək gündəlik davranışlarımıza təsir etməz. Amma biri "mən Yupiterdən gəlmişəm və ora dönəcəyəm" desə, onun davranışları kökündən dəyişər. Eynilə də, Allah inancı, sadəcə bir fikrin əlavə olunması deyil, bütün münasibət formasını dəyişdirən güclü bir inamdır.
Allah: Təsir edən və Dəyişdirən Varlıq
Allahın varlığı, hər hansı bir cismin varlığına bənzəmir. O, öz zatı ilə təsir edən, dəyişdirən, yön verən bir varlıqdır. Allah inancı, ağılı da dəyişdirir. Artıq ağıl, Allahı qəbul etdikdə “qəlb”ə çevrilir. Bu dönüşüm, sadəcə rasional paylaşım və fayda-zərər hesabından ibarət olmur. Allah'a iman edildikdə, sanki insanın həyatına görünməyən, amma hər şeyi yönləndirən bir ortaq daxil olur. Ticari münasibətlərdə “üçüncü, dördüncü, beşinci şərik” kimi yox, tamamilə hər şeyə nüfuz edən bir qüvvə kimi.
Allah, zehnə yerləşən passiv bir anlayış deyil. O, dəyişdirən və hərəkətə gətirən bir mənbədir.
Müsəlmanca Düşünmək və Yaşamaq
Allah zehnə bu cür yerləşdikdə, insan artıq hər məsələyə, hər anlayışa fərqli bir prizmadan baxmağa başlayır. Bu baxışda artıq düşünmək, dəyərləndirmək, davranmaq – hər biri müsəlmanca bir çalarlıq qazanır. Lakin bu, klassik mənada “müqəddəs və qeyri-müqəddəs” qarşıdurması deyil. Əksinə, bu hal iman prinsipinin insan düşüncəsinə və davranışına yansımasıdır. Belə bir vəziyyətdə artıq söhbət “hər şeyi İslamiləşdirmək”dən getmir; daha doğru desək, iman insanın dünyaya baxışını və onunla olan təmasını təbii şəkildə dəyişir.
Hiç yorum yok:
Yorum Gönder